Düyülü, vanilli piroq

Порций:   Время приготовления:

İnanmayacaqsınız amma bu piroq düyü ilə hazırlanır. Odur ki, onu həm desert həm də dadlı nahar kimi nuş edə bilərsiniz.

duy

Tərkibi:

  • 1 litr süd
  • 200 qr yumru düyü
  • 2 ç/q vanil
  • 1 limonun qabığı1 л молока
  • 4 ədəd yumurta
  • 80 qr otaq temperaturunda kərə yağı
  • 70 qr şəkər tozu
  • 1 çimdik duz
  • şəkər kirşanı

Hazırlanması:

Süd, düyü, vanil və duzu dərin qazana töküb, durmadan qarışdıraraq qaynadın. Qaynayan kimi ocağı söndürüb, qazanın qapağını örtün. Kütləni 30 dəqiqə bu vəziyyətdə gözlədin ki, düyü südü tam özünə çəkib, sıyıq qatılığına gəlsin. Bu vaxt ərzində yumurtaların ağını sarısından ayırın. Yumurta sarılarını mikserlə qarışdıraraq, öncə şəkər tozu sonra isə kərə yağı əlavə edin. Sonra soyumuş sıyığı və rəndələnmiş limon qabığını da əlavə edib, ehtiyyatla qarışdırın. Yumurta ağlarını da 2 mislinə qalxanadək mikserlə çalıb, sıyıqlı kütləyə tökün. Kütləni yenidən yavaş-yavaş qarışdırın. Piroqu bişirəcəyiniz formanın divarlarını və dibini, yağlayıb, xəmiri içinə tökün. Öncədən 180 dərəcə isidilmiş sobada təxmini 35-40 dəqiqə bişirin.

Bu dadlı piroq uşaqlar üçün də çox faydalıdır. Onu süfrəyə verərkən üzərinə şəkər kirşanı səpə bilərsiniz.

duyduyy

NUŞ OLSUN!

   
Метки записи:
Loading...