Ekler

Порций: 15 ədəd   Время приготовления: 40 dəqiqə

eklerƏziz dostlar, fransız mətbəxinin əvəzolunmaz şirniyyatı sayılan ekler bişiririk. Təqdim edəcəyim resept olduqca asandır. İlk dəfədən alınacağına əmin ola bilərsiniz. Eklerin kremini zövqünüzə görə seçə bilərsiniz. Bu sadə tort kremi, qlazur, cem, hətta şabalıd püresi ola bilər. 

Ekler hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 4 ədəd yumurta
  • 1 st su
  • 1 st un
  • 100 qr kərə yağı
  • 1 çimdik duz

Krem üçün

  • 1 banka qatılaşdırılmış süd
  • 100 qr kərə yağı
  • 1 ədəd vanil
  • damla şokolad

Eklerin hazırlanma qaydası:

  1. Öncə xəmiri hazırlayırıq. Ekler xəmiri isti xəmirlər sırasına aiddir. Belə ki, 1 stəkan suyu ocağın üzərinə qaynamağa qoyuruq. Suya 1 çimdik duz və yağı əlavə edirik. Qarışım qaynayanda üzərinə unu töküb, taxta qaşıqla qarışdırırıq. Xəmir tez bir zamanda bərkiyəcək. Artıq qarışdırmaq çətinləşəndə xəmiri ocağın üzərindən götürüb, soyumağa qoyuruq. Kənarda yumurtaları biraz mikserlə çalıb, xəmirə əlavə edib qarışdırırıq. Xəmir hazırdır. Ekler xəmirindən ya qaşıqla ya krem şprisi ilə göturub, perqament kağızı örtülmüş soba qabının üzərinə ya uzunsov ya da yumuru formada tökürük. Xəmirin kənarların əlinizlə düzəldə bilərsiniz. 200 dərəcədə 20 dəqiqə bişdikdən sonra, eklerləri sobadan çıxarmağa tələsməyin. Yoxsa şişi yatacaq. Mütləq sobanın soyumasını gözləyin. Sonra eklerləri  çıxarıb, xəmirin qalan hissəsini də eyni formada bişirin.
  2. Qatılaşdırılmış süd, vanil və kərə yağını mikserlə qarışdırırıq. Krem də hazırdır. Eklerin üstü üçünsə damla şokoladı əritmək yetərlidir. Krem üçün şanti, pudinq və s. də istifadə etmək olar.
  3. Eklerlər soyuduqdan sonra bir tərəfdən kənarını kəsib, ehtiyyatla kremi içərisinə qoyuruq. Üzərinə isə zövqə görə əridilmiş şokolad və digər kremləri çəkmək olar. 

ekler xəmiri ekler ekler

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий