Ən asan limonlu qurabiyə

Порций:   Время приготовления: 1 saat

13645150_1657908911198839_2425768029174491817_nQurabiyə bişirmək, hələ bu qədər asan olmamışdı. Limon ətirli bu şirniyyatı hazırlamağa tələsin.

Lazım olan ərzaqlar:

Xəmir üçün:
  • 1 yumurtanın ağı
  • 200 qr şəkər tozu
  • 120 qr kərə yağı (otaq temperaturunda)
  • 2 ədəd limon qabığı
  • 1 limonun suyu1 paket qabartma tozu
  • 2,5 stəkan un (artıq da olar)
Üzəri üçün:
  • yumurtanın sarısı

Hazırlanma qaydası:

Şəkər tozu ilə yağı qarışdırıb,rəndələnmiş limon qabığı və limon şirəsini də əlavə edirik.  Yumurtanın ağını da kütləyə töküb, yaxşıca qarışdırırıq. Qabartma tozu və unu da səpərək, xəmir yoğururuq. Xəmirin tərkibində şəkər tozu olduğu üçün ələyapışan ola bilər. Hazırladığınız xəmiri sellofana qoyub, 30 dəqiqəlik soyuducuya qoyuruq. Vaxt tamam olanda soyuducudan çıxardıb, əlimizlə balaca toplar düzəldirik. Biraz yastılayıb, yağlı kağız sərilmiş soba sinisinə düzürük. Qurabiyələrin üzərinə yumurta sarısı çəkib, 180 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişiririk.

NUŞ OLSUN!

Resept üçün, Sabina Ağayevaya minnətdarıq.


13645150_1657908911198839_2425768029174491817_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий