Ən dadlı darçınlı bulkalar

Порций:   Время приготовления:
Ən dadlı darçınlı bulka resepti bizdə
 
  bulka2

Tərkibi:

 Xəmiri üçün:
  • 550 qr un
  • 100 ml süd
  • 100 ml isti su
  • 75 qr şəkər tozu
  • 60 qr kərə yağı
  • 2 ədəd yumurta
  • 8 qr quru maya
  • 1 çay qaşığı duz
İçlik üçün:
  • 130 qr şəkər tozu
  • 30 qr kakao
  • 20 qr darçın
  • 20 qr kərə yağı
  • 15 qr vanil
Kremi üçün:
  • 100 qr kəsmikli pendir
  • 100 qr xama
  • 50 qr şəkər kirşanı
Sirop üçün:
  • 100 qr şəkər tozu
  • 200 ml isti su

Hazırlanması:

  Xəmir üçün  öncə kərə yağı və 60 qr şəkər tozunu süddə qaynatmadan əridin. İsti suya 15 qr şəkər tozu və quru maya töküb qarışdırın, qalxması üçün kənarda saxlayın. Acımış mayanı südə əlavə edib ehtiyyatla qarışdırın. Yumurtaları da qırıb, yenidən qarışdırın. Duzu 460 qr una qatıb, yavaş-yavaş əlavə edərək xəmir yoğurun. Yoğurduğunuz xəmiri dəsmalla örtüb, acımağı üçün 1 saatlıq isti yerə qoyun.

bulka

İçlik üçün bir qabda şəkər tozu, darçın, kakao və vanili qarışdırın.Kərə yağını əridib, otaq temperaturunda soyudun. Xəmiri 1-1,5 sm qalınlığında yayıb kərə yağıyla yağlayın və darçınlı içliyi yaydığınız xəmirin üzərinə səpin.Xəmiri rulet formasında bükün. Ruleti 9 hissəyə bölün,yağlı kağız sərilmiş soba sinisinə düzün və 20 dəqiqə kənarda saxlayın.

bulka1

Bulkaları 190 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

bulka4

Sirop üçün 100 qr şəkər tozunu 1 çay qaşığı su ilə karamel rəngi alanadək qaynadın. 200 ml isti su əlavə edin-sirop hazırdır. Bişən bulkaları şəkərli siropla isladın. Krem üçün bir qabda kəsmikli pendir, xama və şəkər kirşanı mikserlə çırpın. Bulkaları kremləyib zövqə görə şokolad,qoz-fındıqla bəzəyin və süfrəyə verin.

bulka3

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий