Ən dadlı Fri kartofu

Порций:   Время приготовления:

Fri kartofu dünyanın ən məşhur yeməklərindən birinə çevrilib. Onun sağlığımıza heç bir faydası olmasa da, milyonlarla insan xüsusən də balacaların sevimli xörəyi sayılır. Bugün, Sizə evdə Fri kartofu hazırlamağın ən dadlı və faydalı üsulunu təqdim edəcəyik. Bu reseptin iki üstün cəhəti var 1. evdə öz əllərinizlə hazırladığınız üçün, tərkibinə şübhə etməyəcəksiniz. 2. bu reseptdə bir damcı da olsa yağ istifadə olunmur.

kartoshka-fri-domashnix-usloviyax

Tərkibi:

  • 5-7 ədəd kartof
  • 2 ədəd yumurtanın ağı
  • istiot, duz
  • zövqə görə paprika

Hazırlanması:

Kartofları yuyub, soyun, 1 sm enində uzunsov doğrayıb, geniş qaba tökün. Digər qabda yumurtaların ağını çəngəllə yaxşıca çalın. Duz, istiot və zövqə görə paprika töküb, qarışdırmağa davam edin. Kütləni kartofların üstünə əlavə edib, qarışddıraraq hopdurun. Yağlı kağız sərilmiş soba sinisinə kartofları tək-tək düzüb, qızılı rəng alanadək 200°C-də təxmini 10 dəqiqə bişirin. Ləzzətli fri kartofu hazırdır.

NUŞ OLSUN!

Метки записи:
Loading...