Ən dadlı krakerinli profiterol

Порций:   Время приготовления:
Bu profiterollar o qədər dadlıdır ki, bir oturuma 10 dənədən az yeməyəcəksiniz.
profi
 

Tərkibi:

 Xəmir üçün:
  • 200 qr un
  • 180 qr su
  • 100 qr kərə yağı
  • 1 çimdik duz
  •  5-6 ədəd yumurta
Krakelin üçün:
  • 95 qr qəhvəyi şəkər tozu
  • 95 qr un
  • 75 qr soyuq kərə yağı
Bişmiş krem üçün:
  • 200 ml süd
  • 150 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • 1,5 xörək qaşığı un
  • 1 paket vanil
  • 180 qr kərə yağı

Hazırlanması:

Krakelin üçün  öncə un və şəkər tozunu qarışdırıb, kub formasında doğranmış kərə yağını əlavə edin, ovuntu halına gətirib kündə toplayın. Xəmiri 2 yağlı kağız arasında 2 mm qalınlığına yayın.Yağlı kağızla birlikdə xəmiri soyuducuya qoyun. Donmuş xəmirdən dairələr kəsin və qalan xəmiri soyuducuya qoyun.
Xəmirin hazırlanması üçün yumurtaları bir qaba sındırın və çəngəllə yüngülcə çırpın. Bir qazana su, kərə yağı və 1 çimdik duz əlavə edib ocağın üzərinə qoyun. Un töküb taxta qaşıqla sürətlə qarışdırın. Oddan götürmədən 2-3 dəqiqə qarışdırın,  xəmir bişməlidir. İsti xəmiri  ocaqdan götürüb, tədricən yumurtaları  əlavə edərək mikserlə çırpın.
Ekler Xemiri
Xəmirdən ya qaşıqla ya da mətbəx şprisi ilə perqament kağızı sərilmiş soba sinisinə kiçik toplar yerləşdirin. Topların arasında məsafə saxlamaq lazımdır. Hər birinin üzərinə isə soyuducudakı donmuş dairələri qoyun. 220 dərəcə qızıdırlmış sobada 10 dəqiqə bişirib, 180 dərəcəyə azaldaraq yenə 20 dəqiqə bişirin. Soyumuş profiterolları eninə kəsib, içinə  krem yaxın.
Kremin hazırlanması üçün bir qabda yumurta və şəkər tozunu çırpın, üzərinə süd və vanil əlavə edib, zəif odun üzərinə qoyun. Dayanmadan qarışdıraraq un əlavə edin və qaynadıb, soyudun. Yumşaldılmış kərə yağı əlavə edib mikserlə yaxşıca çırpın.
Kremlənmiş dadlı profiterolların üzərinə şəkər kirşanı da səpə bilərsiniz.
profi1
NUŞ OLSUN!
Oxşar reseptlər: Ekler və profiterol resepti
 
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий