Ən dadlı kremli bulka

Порций: 15 ədəd   Время приготовления: 3 saat

bulkaƏn dadlı kremli bulka reseptini paylaşırıq. Bu şirniyyata adətən fransız bulkaları da deyirlər.

Tərkibi:

Xəmir üçün:
  • 380 qr un
  • 5 qr quru maya
  • 75 qr şəkər tozu
  • 1 çimdik duz
  • 15 qr quru süd
  • 40 qr əridilmiş kərə yağı
  • 1 ədəd yumurta
  • 200 ml süd
Kremi üçün:
  • 350 ml süd
  • 2 yumurta ağı
  • 2 x/q nişasta
  • 4 x/q şəkər tozu
  • 1 paket vanil
  • 40 qr yumşaldılmış kərə yağı

Hazırlanma qaydası:

Öncə xəmiri hazırlayırıq. İlıq südə maya, şəkər tozu və birazca un əlavə edib, isti yerə qoyuruq. 10-15 dəqiqədən sonra maya tam əridikdən sonra, südün üzərində köpüklər yaranacaq. Elə bu vaxt, yumurtanı çalıb, kütləyə tökürük.  Digər qabda un, quru süd və duzu qarışdırıb, südlü kütlənin üzərinə əlavəedib,xəmir yoğururuq. Əridilib, soyudulmuş yağı da töküb, yoğurmağa davam edirik. Xəmirələyapışan alınmalıdır. Odur ki artıq un əlavə etmək lazım deyil. Xəmirin üstünü dəsmalla örtüb, isti yerdə 2 saat saxlayırıq.

Bu müddətdəkremi hazırlayırıq. İlıq süddə nişastanı həll edib, yumurta sarıları, şəkər tozu və vanil tökürük. Orta odda daim qarışdıraraq, krem qatılaşanadək bişiririk. Soyudub, kərə yağı əlavə edirik. 5 dəqiqə mikserlə qarışdırdıqdan sonra,kremimiz hazırdır. Acımış xəmiri dəzgahın üzərinə qoyub, üzərinə un səpirik. 15 kündəyə ayırırıq. Kündələri 12-15 sm ölçüsündə,oval şəkilində açırıq. Açdığımız yuxaların üst hissəsində 3 sm ölçüsündə lent kəsib, kənara qoyuruq. Yuxanın içinə 1 ç/q krem qoyub, yaxşəca büküb, kənarlarını əlimizləkip bağlayırıq. Kənara qoyduğumuz lenti bulkalara dolayırıq. Bulkaları eyni qaydada hazırlayıb,  yağlı kağız sərilmiş soba sinisinə düzürük.  Üzərinə dəsmal sərib, 20 dəqiqə də gözlədirik. Sonra 180 dərəcə isidilmiş sobada 15 dəqiqə bişiririk. Hazır bulkaları 15 dəqiqə gözlətdikdən sonra üzərinəşəkərkirşanı səpib, süfrəyə veririk.

NUŞ OLSUN!


bulka

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий