Ən dadlı ponçik resepti

Порций:   Время приготовления:

ponchik1Ən dadlı ponçik resepti axtarırsınız? Tavada qızardılmış ləzzətli ponçiklərin hazırlanma qaydasını Sizə təqdim edirik. Günün istənilən vaxtında bütün ailə üzvlərinizin ləzzətlə yeyəcəyi ponçikləri istənilən içliklə də süfrəyə verə bilərsiniz.

 

Ərzaqlar:

  • 500 ml süd
  • 2 ədəd yumurta
  • 125 qr kərə yağı
  • 5 ç/q şəkər tozu
  • 1,5 ç/q duz
  • 11 qr quru maya (1 ç/q)
  • o,5 stəkan ilıq su
  • təxmini 400 qr un (ələ yapışmayan,yumşaq xəmir əldə edənədək)

Hazırlanma qaydası:

Südü su ilə qarışdırıb, biraz qızdırın. Sonra üzərinə şəkər tozunu və mayanı səpib, 15 dəqiqə gözlədin. Yumurta, otaq şəraitində isidilmiş kərə yağı, duzu da kütləyə əlavə edin. Unu yavaş-yavaş səpərək çırpıcı ilə qarışdırın. Əldə etdiyiniz yumşaq xəmiri un səpilmiş dəzgahın üzərinə qoyub, nə çox bərk, nə də çox yumşaq olanadək yoğurun. Xəmirin üzərini dəsmal və qalın odealla örtüb, 1,5 saat müddətində acımağa qoyun. Acımış xəmiri kündələrə ayırın, oxlovla 1 sm enində  yayın. Stəkanın ağzı ilə kiçik ölçülü dairələr kəsin. Üzərini dəsmalla örtüb, ikiqatına qalxanadək gözlədin. Qazanın içinə bol bitki yağı töküb, qızdırın. Ponçikləri yağı içində ikitərəfli qızardın. Bişmiş ponçikləri quru salfetin üstünə qoyun. Bu qayda ilə bütün ponçikləri bişirin. Bişmiş ponçikləri ortadan eninə azca kəsib, zövqə görə cem və ya kremdən içlik qoyun. Lakin üzərinə şəkər kirşanı səpilmiş sadə ponçiklər də, çox dadlı olur.

NUŞ OLSUN!


 ponchik

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий