Almalı sousla sobada hinduşka

Порций:   Время приготовления:

Hinduşka bayram süfrələrinin şah yeməyi sayılır. Çox vaxt xanımlarımız bişirdikləri hinduşka ətinin bərk və quru alınmasından şikayətlənirlər. Odur ki, ingilis aşpazlarının eksklyuziv reseptini Sizinlə bolüşürük.

hindo

Tərkibi:

  • 1 ədəd hinduşka
  • 3 x/q  əridilmiş kərə yağı
  • 1 baş soğan
  • 1 ədəd limon
  • duz, istiot
  • cəfəri
  • kəklikotu və s. quru otlar
Sous üçün:
  • 2 baş qırmızı soğan
  • 1 ədəd alma
  • 3 diş sarımsaq
  • 2 çimdik zəncəfil
  • 3 x/q bitki yağı
  • duz, şəkər tozu (zövqə görə)
  • yarım stəkan soyuq su
  • 100 qr quşüzümü

Hazırlanması:

Hinduşkanı yaxşıca yuyub, qurudun. İçərisini duz və istiotlayın.  İçərisinə doğranmış göyərti, kəklikotu səpin. Soğan və limonu  4 hissəyə bölüb, hinduşkanın içinə qoyun.  Hinduşkanın dərisini ləvəngi bişirəndə tikdiyiniz şəkildə tikin. Hər tərəfinə əridilmiş yağ, duz, istiot və kəklikotu sürtüb,  soba sinisinə qoyun. Sininin üzərini folqa ilə qapayın. 200 dərəcə isidilmiş sobada 2 saat və daha çox müddət ərzində bişirin. Vaxt tamam olanda sobanın dərəcəsini 150-yə endirib, 1 saat da bişirin. Bu mərhələnin ikinci yarısında folqanı götürüb, öncə üst hissəsini qızardın sonra çevirin ki, alt hissəsi də yaxşı qızarsın. Çoxumuzu maraqlandıran sual hinduşkanı sobada neçə saata bişirək ki, dadlı və yumşaq olsun. Bu quş ətinin  2 kiloqramına 1 saat bəs edir. Yəni 6 kq-lıq hinduşkə əti üçün ideal bişmə zamanı 3 saatdır.

Hinduşka tam bişib, qızardıqdan sonra, sobadan çıxardıb, 30 dəqiqə kənarda saxlamaq lazımdır ki, daha dadlı olsun. Bu müddət ərzində sousu hazırlayın. Almanı soyub, içindəki tumlarını təmizləyin. Xırda kub şəkilində doğrayın.  Soğanları da yarımhalqa formasında nazik doğrayın.  Sarımsağı da əzin. Bitki yağını tavada qızardıb, üzərinə soğanı əlavə edib, qızardın. Sarımsağı, doğranmış almanı, zəncəfili də töküb, 5 dəqiqə də bişirin. Sonda üzərinə quşüzümü ( zövqə görə) və soyuq su töküb, tam qaynadın, 10 dəqiqə də qatılaşanadək bişirib, ocaqdan götürün. Zövqə görə duz və şəkər tozu səpib, soyudun. Dadlı hinduşka əti ilə birgə süfrəyə verin.

hin

NUŞ OLSUN!

Метки записи:
Loading...
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий