Ən dadlı toyuq kotleti

Порций:   Время приготовления:

Ən dadlı və həcmli toyuq kotleti reseptini sınayaq.

kotl1

Tərkibi:

  • 500 qr ətçəkən maşından keçirilmiş toyuq əti (2 dəfə keçirilsə daha yumşaq olar)
  • 1 ədəd yumurta
  • yarım stəkan yulaf kəpəyi
  • yarım stəkan su (süd də olar)
  • 1 baş soğan
  • 2 diş sarımsaq
  • istiot,duz
  • qızartmaq üçün bitki yağı

Hazırlanması:

Suyu və ya südü yumurta ilə qarışdırıb, yulaf kəpəyi əlavə edin. Qarışımı 20 dəqiqə ərzində kənarda saxlayın.  Əzilmiş sarımsağı ətçəkən maşından keçirilmiş soğan və ətlə qarışdırın. Əti ətçəkən maşından 2 və daha artıq dəfə keçirmək lazımdır ki, daha da yumşaq olsun. Kəpəkli qarışıma duz və istiot da töküb, ətli qarışımla birləşdirin. Ətdən parçalar qoparıb, bol bitki yağında ikitərəfli qızardın. Budur ən dadlı və həcmli toyuq kotletləriniz hazırdır. Kotletləri istənilən qarnir və sousla süfrəyə vermək olar.

kotl

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий