Ən dadlı və nazik Blinçiklər (İllərin sınanmış resepti)

Порций:   Время приготовления:

Bişirməyə alışdığınız Blinçik xəmiri reseptini bir kənara qoyun. Çünki daha dadlı resept təqdim edirik. Bu xəmir rus kulinarlarının hər kəsdən gizlətdiyi reseptdir.

blinchik

Tərkibi:

  • 600 ml su
  • 600 ml süd
  • 1,5 stəkan un
  • 1,5 stəkan kartof nişastası
  • 4 ədəd yumurta
  • 1 ç/q duz
  • 3 x/q kərə yağı
  • 3 x/q şəkər tozu
  • yarım ç/q vanil

Hazırlanması:

Telçırpıcı ilə yumurtaları çalın, yavaş-yavaş üzərinə şəkər tozu, duz və vanil tozu əlavə edin. Qarışdırmağa davam edərək, südüdə tökün. Un və nişastanı da kütlənin üzərinə səpin. Yağı su hamamında əridib, xəmirə tökün. Sonda isə isti su əlavə edib, qarışdırın. Xəmiri 30 dəqiqə ərzində kənara qoyub, gözlədin.  Sonra isti tavaya 1 kiçik çömçə qədərində əlavə edin. Xəmiri tavanın dibinə hər tərəfli yayın. Hər iki tərəfini bişirib, üst-üstə yığın.İstədiyiniz içlik seçib, süfrəyə verin. Ertəsi gün hər kəs sizin ideal blinçiklərinizdən danışsın.

blin

NUŞ OLSUN!

Əziz dostlar Blinçik üçün içlik seçməkdə çətinlik çəkməmək üçün bu məqaləmizi oxuya bilərsiniz. Bir-birindən dadlı və fərqli 8 içlik resepti

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий