Ən sadə və dadlı piroq

Порций: 1 ədəd   Время приготовления: 40 dəqiqə

ən sadə piroqMətbəxinizdə daim tapılan ərzaqlardan tez bir vaxtda şirniyyat hazırlamaq istəyirsinizsə, dadlı və sadə piroq reseptini sınayın.

Tərkibi:

  • 3 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan qatıq
  • 175 qr yumşaldılmış kərə yağı və ya marqarin
  • yarım ç/q soda, 1 paket vanil
  • 2,5 stəkan un (unun miqdarını artırmaq və ya azaltmaq da olar)

Hazırlanma qaydası:

Öncə yumurtalar mikserlə qarışdırılır. Elə bu müddətdə şəkər tozu və vanil hissə ilə qarışıma əlavə edilir. Kənarda soda qatığın içərisində söndürülür və yumurtalı kütləyə tökülür. Yumşaldılmış yağ da qatılır və yaxşıca qarışdırılır. Sonda un əlavə edilib, taxta qaşıqla qarışdırılır. 180 dərəcəlik sobada 30 dəqiqə bişirilir.

Nuş olsun!


ən sadə piroq

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий