Ən zərif bulkalar

Порций:   Время приготовления:

Ən zərif və yumşaq bulka resepti ilə tanış olun.

Tərkibi:

  •  300 qr un
  • 135 ml süd
  • 1 yumurta
  • 2 xörək qaşığı şəkər tozu
  • 1/2 çay qaşığ duz
  • 1 çay qaşığı quru maya
  • 30 qr kərə yağı
Üzərini yağlamaq üçün
  • 30 qr kərə yağı(əridilmiş)

Hazırlanma qaydası:

Öncə südün yarısını qızdırıb, maya və 1 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırın.Qalan südü də qızdırın. 30 qram kərə yağını bu süddə əridin. 1 xörək qaşığı şəkər tozu və yumurta əlavə edib çırpın. Bir qaba unu və duzu ələyin, ortasını açaraq südlü yumurta qarışığını töküb, xəmir yoğurun. Daha sonra südlü mayalı qarışığı da əlavə edib yaxşıca xəmir yoğurun. Xəmirin üzərini streç sellofanla örtüb 1,5-2 saatlıq isti yerdə saxlayın. Xəmiri unlanmış dəzgaha qoyub 10 dəqiqə əlinizlə yoğurun. Yoğurduğunuz xəmiri yenidən üzərinə dəsmalla örtüb isti yerə 1 saatlıq qoyun. Hazır olan xəmirdən  kündələr kəsib, oxlovla düzbucaqlı formada yayın. Yaydığınız yuxadan da blçaqla kiçik düzbucaqlılar kəsin, əridilmiş kərə yağı ilə yağlayıb rulet formasında bükün.

yumshaq_bulka1

Yağlı kağız sərilmiş soba sinisinə rulet fomalı xəmirləri bir-birinin ardınca düzün.Bulkaları 30 dəqiqə saxlayın, üzərinə ərinmiş kərə yağı yaxıb, 180 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.

yumshaq_bulka2

Bişən bulkaların üzərinə dəsmal örtün(yumşaq qalsın deyə)

NUŞ OLSUN!

yumshaq_bulka

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий