Ərik mürəbbəsi

Порций:   Время приготовления:
 
 ərik mürəbbəsi

Tərkibi:

  • 2 kq ərik
  • 2 kq şəkər tozu

Hazırlanma qaydası:

Əriklər yuyulub, ortadan  kəsilərək, tumları çıxardılır.Yarı bölünmüş əriklər mürəbbəni bişirəcəyimiz qaba yığılır. Digər bir qabda şirə hazırlanır. 2 stəkan su qaba tökülüb, qaynadılır. Sonra, üzərinə şəkər tozu əlavə edilib, az odda əridilir. Şirə əriklərin üzərinə tökülüb, orta odda bişirilir. Mürəbbə qızıb, əriklər şirəni özünə çəkdikdən sonra ocaq söndürülür. Tam soyuduqdan sonra, yenidən ocağın üzərinəqoyulub, qayndadılır və kənara çəkilib, soyudulur. Bu proses 3 dəfə təkrarlanır. 4-cü dəfə isə mürəbbə tam bişirilib, kəfi götürülür. Ərik mürəbbəsini bişirən zaman qətiyyən qarışdırmaq olmaz .Qabı yellədərək əriklərin yerini dəyişə bilərsiniz. Tam soyumuş mürəbbəni sterlizə olunmuş bankalara yığıb, qapaqla kip bağlayın.

NUŞ OLSUN!

Reseptə görə, Afaq İsrafilovaya minnətdarıq.

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий