Ərik qurusu ilə ləzzətli dietik keks

Порций:   Время приготовления:

Kökəlmədən ləzzətli şirniyyatın dadından zövq almaq istəyənlər, Ərik qurusu qatılmış unsuz və yağsız keks reseptini sizin üçün hazırladıq.

Ərzaqlar:

  • 150 qr manna yarması
  • 200 ml yağsız qatıq
  • 1 ədəd yumurta+ 1 yumurta ağı
  • 1 ç/q qabartma tozu
  • 100 qr ərik qurusu
  • 1 çimdik duz

Hazırlanma qaydası:

Yumurta ilə yumurta ağını köpüklənənədək mikserlə çalın. Üzərinə qabartma tozu və duz əlavə edin. Tez-tez qarışdıraraq, manna yarmasını da tökün. Əlinizi saxlamadan qatığı da kütləyə əlavə edin. Sərt dietada olmayanlar xəmirə 1 neçə xörək qaşığı şəkər tozu da qata bilər. Həmçinin istəyə görə vanil, 1 ç/q konyak və ya limon qabığı da istifadə edərək keksə xüsusi ləzzət vermək olar. Keksləri zövqə görə soba qabında və ya kiçik kağız keks formalarında bişirə bilərsiniz. Bundan əlavə əlinizin altında ərik qurusu yoxdursa, gavalı qurusu,xurma, kişmiş və ya digər quruudulmuş meyvə qatmaq olar.

KISSS

Xəmirin içinə suda isladılıb, doğranmış ərik qurusu tökərək qarışdırın. Növbə ilə xəmiri keks formalarına töküb, öncədən 170 dərəcə isidilmiş sobada 40 dəqiqə bişirin. Hazır kekslərin üzərinə şəkər kirşanı da səpmək olar.

keksik

NUŞ OLSUN!

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий