“Əriyən qar dənəcikləri” qurabiyəsi

Порций:   Время приготовления:

Yumurtasız, qabartmasız ağızda əriyən dadlı peçenye reseptini təqdim edirik. Qarlı qış günlərini eyni adlı qurabiyələrlə keçirdin. 

qurabiye4

Tərkibi:

  •  250 qr kərə yağı(otaq temperaturunda yumşaldılmış)
  • 0,5 stəkan şəkər kirşanı
  • 1/3 stəkan iysiz maye yağ
  • 4 xörək qaşığı nişasta
  • 3,5 stəkan un
  • 1 paket(10 qr) vanil

Hazırlanması:

Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını şəkər kirşanı ilə mikserlə yaxşıca çırpın. Nişasta əlavə edib yenidən çırpın. 1 stəkan un əlavə edib çırpmağa davam edin.Yenə 1 stəkan əlavə edib qaşıqla qarışdırın.Masa üzərinə qalan 1 stəkan unu töküb xəmiri masada yoğurun.Son yarım stəkan unu da əlavə edib eynikütləli xəmir olanadək yoğurun.

qurabiye

Xəmiri 3 hissəyə ayırın. Ayırdığınız hər 3 kündəyə növbə ilə kolbasa forması verib yayın və dilimləyin.

qurabiye1

Yağlı kağız sərilmiş soba sinisinə kəsdiyiniz dilimləri düzün.

qurabiye3

180 dərəcə qızıdırılmış sobada 10-15 dəqiqə üzərinə qızılı rəng alanadək bişirin.Soban çıxan bişmiş peçenyeləri şəkər kirşanına bulayın və süfrəyə verin.

qurabiye4

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий