Əsil Sovet Plombirinin resepti

Порций:   Время приготовления:

plombir2Əfsanəvi Sovet Plombirinin illərdir unudulmayan dadını axtarırsınız? Mağazadan aldığınız eyniadlı dondurmalar o ləzzəti xatırlatmır? Elə isə, həmin Plombiri ev şəraitində hazırlayıb, isti yay mövsümünü zövqlə keçirdin.

Ərzaqlar:

  • 1 litr süd
  • 2 stəkan şəkər tozu
  • 100 qr kərə yağı
  • 1 ç/q kartof nişastası
  • 5 ədəd yumurta sarısı
  • 1 ç/q vanil

Tərkibi:

Öncə süddən yarım stəkan kənara qoyub, yerdə qalanını qızdırın. Üzərinə kərə yağını da töküb, qaynadın.

Digər qabda şəkər tozu, nişasta,vanil və yumurta sarılarını qarışdırıb, mikserlə yaxşıca çalın. Kütlənin üzərinə xama qatılığına gələnədək yarım stəkan soyuq süd əlavə edin.  

Qaynayan südü yenidən ocağın üstünə qoyub, yumurtalı kütləni daim qarışdıraraq ehtiyatla üzərinə tökün. Kütləni qaynadıb, ocaqdan götürün. Qabı, soyuq su olan digər qabın içinə qoyub, ilıqlanadək durmadan qarışdırın.

Sonra kütlə olan qabı kənara qoyub, ara-sıra qarışdırmaq şərtilə soyudun. Zövqə görə formalara töküb, dondurucuda gözlədin. Ev Plombiriniz hazırdır.

Bu dondurmanı evdə hazırlanmış Vaflilərin içinə qoyub, yemək də olar. Bax, bu ləzzətə heç nə çata bilməz. Xatırladaq ki,şirniyyat bölməmizdə Vafli resepti də var.

NUŞ OLSUN!


plombir1plombir2

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий