Əti necə bişirək ki, istənilən halda yumşaq və ləzzətli olsun?!

Порций:   Время приготовления:

Dadlı və təzə ət seçmək qabiliyyəti də bir incəsənətdir. Etiraf etməliyik ki, bunu hər kəs bacarmır.  Güvənəcəyiniz qəssab tanışınız və keyfiyyətli ət seçmək qabiliyyətiniz yoxdursa, bir yolunuz var: Aldığınız əti ləzzətli bişirmək. Aşağıdakı bəndlərə əməl edərək, hazırladığınız ət yeməkərinə unudulmaz ləziz dad qatın.

et1

SOĞAN

Ət xörəklərinin ən dadlı tərkib hissəsi soğandır. Soğanı bişirəcəyiniz ətin tərkibinə halqa, yarımhalqa, ətçəkən maşınından keçirilmiş və ya sürtgəcdə rəndələnmiş halda qatıb, 1 saat gözlədin. Daha sonra yeməyi hazırlayın. Nəticəni özünüz görəcəksiniz.

Xardal
Xalrdal (qorçitsa) ətə xüsusi dad qatmaq üçün əlverişli ərzaqdır.  Xardalı ya toz , ya da sous halında ətin hər tərəfinə sürtün. Əti tikələrə bölüb, 20 dəqiqə saxlayın. Sonra tikələri tavada qızarda və sobada bişirə bilərsiniz. Bu üsulla hazırladığınız ət xüsusi ətirə və birazca acı dada malik olacaq.

Mineral su
Bəli səhv oxumadınız, məhz mineral su ətə əvəzsiz dad qata bilər. Təcrübəli aşpazlar bu üsuldan istifadə edərkən "Borjomi" və s. tiplimüalicəvi mineral suları seçirlər. Cəmi 10 dəqiqə mineral suda saxlanmış ət bişdikdən sonra olduqca yumşaq alınır.

Kartof nişaştası

Əti yumşaltmaq və xüsusi dad qatmaq üçün, kartof nişastası da istifadə etmək olar.  Bir neçə qaşıq nişastanı 1 litr suda həll edib, əti bu kütlədə 10 dəqiqə saxlayın. Bundan sonra qızardılmış ət xırçıldayan və pambıq kimi yumşaq olacaq.

Limon,nar və ananas şirəsi

Sadalanan şirələrin hər biri ətə xüsusi ətir verir və yumşaldır. Lakin bu üsulla 15 dəqiqədən artıq marinad etməyin. Yoxsa bişirdiyiniz ət rezin kimi bərk alınacaq.

Kefir

Turş kefirə zövqünüzə uyğun ədviyyatlar töküb, hazırlayacağınız ətin üzərinə tökün. 1 neçə saatdan sonra bişirin. Nəticəni özünüz görün.

Spirtli içkilər

Əti yumşaltmaq və zərif ətir vermək üçün ağ və ya qırmızı şərab, pivə hətta araq istifadə edə bilərsiniz. Bunun üçün bişirəcəyiniz ət tikələrini ikitərəfli içkilərə batırıb, sonra tavaya və ya sobaya qoymaq kifayətdir.

myaso

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий