Ətirli almalı qurabiyə

Порций:   Время приготовления: 1,5 saat

qurabiye6Dadlı, ətirli, yumşaq almalı qurabiyələri Siz də bişirin.

Ərzaqlar:

  • 250 qr kərə yağı
  • 500 qr un
  • 100 ml süd
  • 2 ədəd yumurta
  • 170 qr şəkər tozu
  • 4 ədəd alma
  • 1 ədəd limon
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 1 çimdik duz
  • şəkər kirşanı (üzərinə səpmək üçün)

Hazırlanma qaydası:

Otaq şəraitində yumşaldılmış 200 qr kərə yağını, 120 qr şəkər tozunu, yumurtaları, südü, vanil və 1 limonun qabığını bir qaba töküb, yaxşıca qarışdırın. Üzərinə un, qabartma tozu və duzu da əlavə edib, yumşaq lakin ələ yapışmayan xəmir hazırlayın. Xəmiri sellofana büküb, 30 dəqiqə soyuducuda saxlayın.

qurabiye

Bu müddətdə içliyi hazırlayın. Almaları sürtgəcin iri gözündən keçirdin. Rəndələnmiş almaları, yarım limonun şirəsini, 50 qr kərə yağı və 50 qr şəkər tozunu tavada suyu tam quruyanadək aşağı odda bişirin. Zövqə görə 1 çimdik darçın da əlavə edə bilərsiniz.

qurabiye1

Xəmiri soyuducudan çıxardıb, kündələrə bölün. Hər kündədən 0,5 sm enində dairəvi yuxalar yayın. Yuxadan 8 ədəd üçbucaqlı kəsin. 

qurabiye2

Kəsən zaman xəmiri azca unlayın ki, bıçağa yapışmasın. Üçbucaqlıların kənarlarında şəkildəki kimi kəsiklər açın.

qurabiye3

Hər birinin ortasına 1 x/q içlik qoyub, oncə bir tərəfini, sonra digər tərəfini bağlayın.

Qurabiyələri yağlı kağız sərilmiş soba sinisinə düzüb, 180 dərəcə isidilmiş sobada 25 dəqiqə bişirin.

qurabiye5

Hazır qurabiyələrin üzərinə şəkər kirşanı səpib, süfrəyə verin.

qurabiye7

NUŞ OLSUN!

qurabiye6

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий