Ətli burma börek

Порций: 2 ƏDƏD   Время приготовления:
 
borək Türk mətbəxinin sevilən qəlyanaltısı sayılan böreyin onlarla növü var. Onlardan biri də Burma börekdir. Burma börek müxtəlif içliklərlə hazırlanır. Təqdim edəcəyimiz reseptdə isə, qiymədən istifadə olunub.
 

Tərkibi:

Xəmir üçün
  • 200 qr kəsmik
  • 150 qr əridilmiş kərə yağı
  • 1 st süd
  • yarım ç/q qabartma tozu
  • apardığı qədər un
İçlik üçün
  • 400 qr çəkilmiş quzu əti
  • 2 baş soğan
  • duz, istiot
Üzərinə çəkmək üçün
  • yumurta sarısı
  • çörək otu

Hazırlanma qaydası:

Təqdim olunan ərzaqlardan iki ədəd börək hazırlamaq olar.

Öncə kəsmik, kərə yağı və süd bir qabda qarışdırılır. Üzərinə qabartma tozu və un əlavə olunub, yumuşaq lakin ələ yapışmayan xəmir yoğrulur. Xəmirin üzərinə sellofan sərilib, kənara qoyulur. Bu müddətdə içlik hazırlanır. Ət və soğan ətçəkən maşından keçirilib, qarışdırılır. Üzərinə duz, istiot və zövqə görə digər ədviyyatlar səpilir.

Xəmirdən kündələr düzəldilir.

KÜNDƏ

Kündələr oxlovla açılıb, uzun və nazik lentlər kəsilir.

LENT

Lentlərin üzərinə içlik qoyulur.

QİYMƏ

Ehtiyyatla lentlərin kənarları birləşdirilir.

12998469_1052044438191073_7971848607240129684_n

Soba sinisinin üzərinə kalka qoyulur, hazır içlikli borular mərkəzdən kənarlara doğru saat istiqamətində yerləşdirilir. Sonda üzərinə yumurta sarısı çəkilib, çörəkotu səpilir.

ÇÖRƏKOTU

180 dərəcə isidilmiş sobada  40 dəqiqə bişirilir.

borək

NUŞ OLSUN!

 Resept üçün,Mətbəx Evdarlıq səhifəsindən Ülviyyə xanıma minnətdarıq.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий