Ətli dovğa

Порций:   Время приготовления:

Etli Dovqa3

 

 

 

Tərkibi:

  • 1 dəstə ispanaq
  • 2 dəstə keşniş
  • 2 dəstə şüyüd
  • 1 dəstə nanə
  • 1 dəstə şomu
  • 1 dəstə dağ keşnişi
  • mövsüm göyərtiləri
  • 3 litr qatıq
  • 1 stəkan noxud (axşamdan isladılır)
  • 2 xörək qaşığı yumru düyü
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı un
  • duz
  • 300 qram çəkilmiş dana əti
  • 1 baş soğan

Hazırlanma qaydası:

Əvvəlcə ətçəkən maşından keçirilmiş ət və soğan yaxşıca qarışdırılır, duz, istiot vurulub, xırda-xırda küftəciklər düzəldilir. Qaynar suda 1 gün öncədən islağa qoyulmuş noxudla birgə bişirilib, kənara qoyulur. Qatıq yaxşıca qarışdırılır. Düyü, yumurta, un əlavə olunub, bir daha qarışdırılır. Sonra qazın üstündə arasıkəsilmədən qaynayanadək qarışdırılır. Qaynayan qarışıma zövqə görə 1 stəkan küftənin suyu və küftəciklər noxudla birgə tökülür. Təmizlənib, yuyulub, xırda doğranmış göyərtilər də əlavə edilib, orta odda durmadan 5- 10 dəqiqə qarışdırılır. Ətli dovğanı istədiyiniz vaxt nuş edə bilərsiniz! Resept üçün Liza xanıma təşəkkürlər.

Etli Dovqa

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий