Ətli, kartoflu börək

Порций:  8 nəfərlik   Время приготовления: 2 saat

börekƏtli və kartoflu börək resepti ilə tanış olun.

 

 

Ərzaqlar:

  • Un-4st
  • 1 ç.q. duz
  • apardığıı qədər su
İçlik üçün:
  • 500 qr kartof
  • 200 q qiymə
  • 1 baş soğan
  • 1 x.q. kərə yağı
  • 1 dəstə reyhan və ya şüyüd
Üzərinə:
  • 1 yumurta
  • qaraçörək otu

Hazırlanması:

Una duz və su əlavə edib xəmir yoğururuq. 2-3 kündə tutub sellofan torbaya qoyuruq və 15 dəqiqə saxlayırıq.

Kartofu yuyub təmizləyib doğrayırıq, suda bişirib, püre hazırlayırıq. Qiyməni tavada bişiririk. Öz suyu çəkiləndən sonra 0,5 st. su əlavə edib yenə də tavada bişiririk, suyu quruyanda kərə yağı, doğranmış soğan əlavə edib qovururuq, duz, istiot vururuq. Qiyməyə doğranmış reyhan, şüyüd əlavə edib qarışdırırıq və püreyə əlavə edirik. Kündələri oxlovla yayırıq. Üzərinə ərinmiş kərə yağı çəkirik. Sonra bir kənarına içliyi qoyub, rulet formasında bükürük. Bişirəcəyimiz tavanı yağlayırıq. Ruleti qıraqlardan ortaya doğru saat istiqamətində bükürük. Üzərinə yumurta çəkib, qaraçörək otu səpirik.

börek

180 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.

börək2

Nuş olsun!

dilim

Resept üçün Xanım xanıma minnətdarıq.


Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий