Ətli lobya qovurması

Порций: 4 NƏFƏRLİK   Время приготовления: 2 SAAT

LOBYA QOVURMASIƏtli lobya qovurması yaz günlərində ləzzətli nahar sayıla bilər

Lazım olan ərzaqlar:

  • 300 qr kiçik ölçüdə doğranmış dana əti
  • 500 qr yaşıl lobya
  • 2 ədəd pomidor
  • 2 baş soğan
  • yağ
  • duz, istiot

Hazırlanma qaydası:

Doğranmış əti suda bişiririk. Kəfini tam təmizləyirik. Ət bişənə yaxın doğradığımız lobyanı da bura əlavə edirik, suyu çəkilənədək bişiririk. Kənarda soğanı xırda-xırda doğrayıb, yağda qovururuq. Üzərinə ətli lobyanı tökürük. Duz və istiotladıqdan sonra, rəndələnmiş pomidorları da əlavə edirik. 5 dəqiqə də qovurub, ocaqdan götürürük.

NUŞ OLSUN!


LOBYA QOVURMASI

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий