Ətli salat

Порций:   Время приготовления:

Tutumlu və ləziz Ətli salat şam yeməyiniz üçün əla fikirdir.

Ərzaqlar:

  • 250 qr mal əti
  • 200 qr uzun düyü
  • 4 ədəd turşu xiyar
  • 1 baş soğan
  • yarım ç/q şəkər tozu
  • 3 x/q alma sirkəsi
  • duz, istiot
  • mayonez

Tərkibi:

Uzun düyünü bir neçə dəfə yuduqdan sonra, bişirib süzün. Sonra soyuq su ilə yuyub, suyunun tam süzülməyini gözləyin. Soğanı da yarımhalqa doğrayıb, şəkər tozu və sirkə qarışımında marinə edin. Əti də tikələrə bölüb, tam bişənədək qaynadın. Bişdikdən sonra uzun-uzun doğrayıb, düyü ilə qarışdırın.  Üzərinə uzun və incə doğranmış xiyar turşusu və marinə edilmiş soğan dilimlərini də əlavə edin. Zövqə görə duz, istiot və mayonezləyib, süfrəyə verin.

NUŞ OLSUN!


gov    
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий