Ev şəraitində dana ətindən təndir yeməyi

Порций:   Время приготовления:

FB_IMG_1457643546153Ləzzətinə doyum olmayan "Ev şəraitində dana ətindən təndir yeməyi"nin bişirilmə müddəti bir az uzun olsa da, vaxt sərf etməyə dəyər. 

Ərzaqlar:

  • Adam başına təxminən 1,5 sm qalınlığında dilimlənmiş orta yağlı dana əti
  • kərə yağı
  • duz, istiot

1.Geniş bir qazanı ocağın üzərində qızdırıb ətləri içinə düzün.Təxminən 15 saniyə sonra ətlərinizi çevirib digər tərəflərini də 15 saniyə bişirin.

2.Bişirdiyiniz ətlərə kərə yağı əlavə edin və üzərini çox az keçəcək qədər isti su tökün. Qazanın qapağını bağlayıb, 15 dəqiqə əti qaynadın. Duz və istiot əlavə edib, 1 dəqiqə də qaynadıb ocağı bağlayın.

3.Ətləri sudan çıxarıb odadavamlı şüşə​​qazana düzün. Üzərinə kərə yağı qoyub qazanın qapağını bağlayın. Əvvəlcədən qızdırılmış sobada 200 dərəcədə təxminən 20-30 dəqiqə bişirin.

5. Bulyonu qaynadıb, təndir ətlərinin üzərinə tökərək isti halda süfrəyə verin.

Nuş olsun!


FB_IMG_1457643546153

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий