Ev şəraitində hazırlanmış Toyuq sosisləri

Порций:   Время приготовления:

12912820_557424354439095_833338984_nTərkibinə əmin olmadığınız sosisləri almaq istəmirsinizsə, bütün ailə üzvlərinizin rahatlıqla yeyəcəyi ləzzətli sosisləri evdə özünüz hazırlayın.

 

Tərkibi:

  • 1 ədəd toyuğun döş əti
  • 1 ədəd yumurta
  • 100 qr qaymaq
  • duz, istiot

Hazırlanma qaydası:

 Toyuğun döş ətini ətçəkən maşından keçirib, duz, istiot, qaymaq və yumurtanı əlavə edin. Yaxşıca qarışdırın. Yeyinti plyonkasının içinə 2 x/q qarışımdan qoyub, bükün. Əlinizlə sosis formasına gətirdikdən sonra plyonkanın 1 tərəfini düyünləyin. İçindəki havanı ehtiyyatla çıxarıb, 2-ci tərəfi də düyünləyin. Bu qayda ilə bütün sosisləri büküb, hazırlayın. Daha sonra qaynayan suda 10 dəqiqə ərzində bişirin. Bişmiş sosislərin qabığını soyub, kərə yağında rəngi tündləşənədək qızardın. Sosisləri istənilən qarnirlə süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN!


vnqWkbp19cc12912820_557424354439095_833338984_n
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий