Ev şəraitində dadlı xamalı irislər

Порций:   Время приготовления:

Cəmi 3 ərzaqdan belə dadlı iris hazırlaya bilərsiniz. Bu irislər evdəki balacaların da, çox xoşuna gələcək. Ən əsası isə, tərkibində kimyəvi ətirləndiricilər və rənglərdən istifadə olunmur.

iris

Tərkibi:

  • 30 qr kərə yağı
  • 220 qr şəkər tozu
  • 220 qr xama

Hazırlanması:

Qalın və dərin tavaya xama, şəkər tozu və istifadə edəcəyimiz yağın bir hissəsini tökürük. Kütləni orta odda durmadan qarışdıraraq qayndırıq. Kütlə qaynayan kimi, üzərində xırda köpüklər yarana bilər. Əsas odur ki, qarışdırmağa ara verməyin. Bir neçə dəqiqədən sonra kütlə qatılaşdırılmış süd qatılığına gələcək. Onu qarışdırarkən diqqətli olun ki, qazanın dibinə yapışmasın. Tezliklə gələcək irislərimizin rəngi tündləşib, daha da qatılaşacaq. Əgər lap tünd olmağını istəyirsinizsə, biraz da ocaqda saxlaya bilərsiniz. Tavanı ocaqdan götürüb, yerdə qalan kərə yağını kütləyə əlavə edin.

ir

Kütləni soyumadan istədiyiniz kiçik ölçülü qəliblərə tökə bilərsiniz.  Hazır qəlibiniz yoxdursa, üzülməyin. Onun da, çarəsi var. Soba istiliyinə dözümlü şüşə qaba töküb, hələ isti ikən üzərində kəsiklər qoyaraq forma verə bilərsiniz.  

ir1

Dadlı, sərfəli ən əsası faydalı irisləri soyudub, nuş edə bilərsiniz!

iris

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий