Ev şəraitində limonlu marmelad

Порций:   Время приготовления:

13115570_872870576192505_1434720671_nMarmelad,  dünyanın ən məşhur desertlərdən biridir. Ev şəraitində təbii,  konservantsız, tez başagələn və dadlı marmelad hazırlmaq istəyirsinizisə, bu resept Sizin üçündür.

Marmeladın tərkibi:

  • 180 ml limon şirəsi
  • 20 qr jelatin
  • 180 ml su
  • 3 çay qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Jelatinin üstünə 60 ml soyuq qaynanmış su töküb 5-10 dəqiqə şişməsi üçün kənarda saxlayın.Bu arada 120 ml suyla şəkər tozunu qarışdırıb, zəif odda qaynadın. Ocaqdan götürdüyünüz siropun üzərinə jelatin siropunu əlavə edin. 3 limonun şirəsini çıxarıb, ələk və ya süzgəcin köməyi ilə hazır kütlənin üzərinə süzüb qarışdırın.

13081783_872870482859181_1425370078_n (1)

Hazırladığınız qarışımı istənilən formaya töküb, ağzını örtün. 2 saat soyuducuda saxlayın.

13081783_872870492859180_1923550780_n

Soyuyan marmeladı,kub formasında kəsib şəkər tozuna bulayın. Hazır Limonlumarmeladları çay süfrəsinə təqdim  edə bilərsiniz.

13090498_872870562859173_1702509130_n

Xatırladaq ki, limon şirəsi əvəzinə portağal və ya qreypfrut şirəsi istifadə edə bilərsiniz.

NUŞ OLSUN!

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий