Ev şəraitində dadlı Limonad hazırlamağın 3 üsulu

Порций:   Время приготовления:

Viena_LimonadesQızmar yay günlərində, qatqısız ev limonadları ilə süfrələrinizi zənginləşdirin.

Ərzaqlar:

Limonlu limonad
  • Su - 2 litr
  • Darçın - 1 çimdik
  • Limon – 8 ədəd
  • Şəkər – 400 qr
Albalı limonadı
  • Albalı şirəsi – 500 m
  • Limon şirəsi – 50 ml
  • Şəkər tozu – 200 qram
  • Bəzək üçün 5-6 ədəd albalı
Alma limonadı
  • Alma şirəsi – 500 ml
  • Mineral su – 1 litr
  • Limon – 1 ədəd

Hazırlanma qaydası:

Limonlu limonad

Limonun qabığını soyun, yarı bölüb, şirəsini sıxın. Suyu qaynadıb içinə darçın, limon qabığı və şəkər əlavə edib yaxşıca qarışdırın. Qarışıq soyuduqdan sonra süzüb, limon şirəsi ilə qarışdırın.

limonad

Albalı limonadı

Albalı və limon şirəsini şəkərlə qarışdırın. Qədəhlərə bir neçə albalı qoyun və 1/3 hissəsinə qədər şirə əlavə edin. Limonadın üzərinə soyuq mineral qazlı su əlavə edin. Albalı limonadını, buzla birgə də süfrəyə vermək olar.

vishnevyy_limonad

Alma limonadı

Hazır alma şirəsi və mineral su yaxşı soyudulub, birlikdə qarışdırılır. Sonra limon təxminən 2 mm qalınlığında doğranııb, hazır alma limonadına əlavə edilir.

235

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий