Ev şəraitində dondurmanın hazırlanması

Порций:   Время приготовления:

leto-morozhenoeİlin hansı fəsli olursa olsun, dondurma öz aktuallığını itirmir. Lakin son illər təəssüf ki, satışda olan dondurmalar dad etibarilə ürəkaçan deyil. Bunu nəzərə alıb, Sizin üçün ləzzətli və asan başagələn dondurma resepti təqdim edirik. Həmçinin bu dondurmaların tərkibinə qida rəngləri qataraq daha zəngin görünüş əldə edə bilərsiniz.

Tərkibi:

  • 4 ədəd yumurtanın ağı
  • 1 stəkan şəkər tozu
  • 1 ç/q vanil
  • 200 qr qaymaq
  • 1 çimdik duz

Hazırlanma qaydası:

Yumurtaların ağını sarısından ayırıb, ağının üzərinə duz səpib, 5 dəqiqə mikserlə çalırıq. Duz mayenin daha tez bərkiməyinə kömək edir. Üzərinə yavaş-yavaş vanil və şəkər tozunu da səpib, çalmağa davam edirik. Təxmini 15 dəqiqəyə beze tam hazır olacaq. Yoxlamaq üçün qabı əyə bilərsiniz. Əgər qarışım tökülmürsə demək hazırdır. Daha sonra qaymağı da əlavə edib, mikserlə 5 dəqiqə də qarışdırırıq. Hazır dondurmanın yarısını başqa bir qaba qoyub, kakao da əlavə edə bilərsiniz. Dondurmanı 3 saat dondurucuda saxladıqdan sonra yemək olar.

NUŞ OLSUN!


yumurta ağıyumurtabezeDONDURMA

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий