Ev şəraitində Dönərin hazırlanması

Порций:   Время приготовления:

doner-kebab.8Evdə hazırladğınız dönər kafe və restoranlarda yediyinizin dadını vermir? Dadlı dönərin əsas sirri ətin bişirilməsindədir. Bu sirri sizinlə paylaşacağıq.  Reseptimizlə hazırladığınız dönərin ləzzətinə doyum olmayacaq.

Tərkibi:

  • 2 xörək qaşığı qatıq
  • 1 ədəd soğan(rəndələnmiş)
  • 1 çay qaşığı kəklikotu
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 5 xörək qaşıq zeytun yağı
  • duz, istiot
  • 500 qram  dilimlənmiş dana əti
  • baton çörəyi
  • lavaş
Souslar:
  • mayonez
  • ketçup
Dönərin içərisinə:
  • 1 ədəd pomidor
  • 1 ədəd xiyar
  • 1 ədəd turşu xiyar
  • 1 ədəd rəndələnmiş yerkökü
  • zövqə görə doğranmış göyərti
  • 1 ədəd kahı yarpağı
  • yarım qırmızı soğan

Hazırlanması:

Bir qaba qatıq, soğan, kəklikotu, qırmızı bibər tozu, zeytun yağı, duz və istiot töküb qarışdırın. Nazik doğranmış ət dilimlərini bu qarışıma töküb, üzərini strec sellofanla örtün. 10-12 saat ərzində soyuducuda saxlayın. Soyuducudan çıxardığınız dilimləri yağda qızardın. Dönəri hazırlamaq üçün çörək və ya lavaşdan istifadə edə bilərsiniz. Çörəkdə dönər üçün öncə çörəyin bir tərəfini ortadan bıçaqla kəsin. İçərisinə mayonez və ketçup sürtün. Bişirdiyiniz dilimləri, nazik doğranmış pomidoru, xiyarı, turşu xiyarı, qırmızı soğanı, rəndələnmiş yerkökünü, həzmi asanlaşdırmaq üçün kahı yarpağını və ya zövqə görə digər ərzaqları ortadan çörəyin içinə səliqə ilə düzün. Çörəkdə dönər hazırdır. Lavaşda dönər hazırlamaq üçün isə öncə lavaşın içinə mayonez və ketçup sürtüb, eyni ərzaqları da düzüb, rulon formasında bükün. NUŞ OLSUN! 
original_52c005fa40c0886b7c8bb196_539e86bb22337
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий