Ev şəraitində Ketçupun hazırlanması

Порций:   Время приготовления:

ketchup_2Dadlı ketçupu artıq evdə özünüz hazırlamaq istəyirsiniz? Həm də sərfəli qiymətə və bahalı ketçupların dadında? Biz bu resepti sizə təqdim edirik. Mağazadan aldığınız 1 ketçup qiymətinə evdə 3-4 banka bişirib, qışa saxlayın.

 

Tərkibi

  • 3 kq pomidor
  • 0,5 kq turş alma
  • 0, 25 kq baş soğan
  • 1,5 stəkan şəkər tozu
  • 1,5 x/q duz
  • 50 qr alma sirkəsi
  • 2 çimdik istiot

Hazırlanması:

Pomidor, alma və soğanın qabıqlarını soyub, doğrayın. Almaların qabığını soymasanız da, olar. Soğan yumşalanadək  bişirin. Sonra blenderlə xırdalayıb, 50 dəqiqə ərzində yenidən bişirin. Tam bişənə yaxın, şəkər tozu, duz, istiot, sirkəni də əlavə edib qarışdırın. Ocaqdan götürüb, sterlizə olunmuş bankalara tökün. Dadlı ev ketçupunuz hazırdır.

NUŞ OLSUN!


ketchup
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий