Ev şəraitində krem-pendirin hazırlanması

Порций:   Время приготовления:

Müxtəlif kremlərin hazırlanmasında, eləcə də səhər yeməklərində sevə- sevə istifadə edəcəyiniz krem- pendiri ev şəraitində hazırlamaq elə bu pendiri yemək qədər asandır. İnamırsınız? Sınayın.

Tərkibi:

  •  1 litr süd
  • 1 limonun suyu

Hazırlanması:

Südü ocağın üzərinə qoyun. Qaynamağa yaxın limon suyunu az-az əlavə edərək qarışdırın. Süzgəcin içinə tənzif(cuna) sərib, südü süzün. 15 dəqiqə sonra suyu süzülən pendiri blenderlə qarışdırın. Pendirin biraz da duru olmağını istəyirsinizsə, süzdüyünüz mayedən əlavə edə bilərsiniz.

Bu qədər...

NUŞ OLSUN!


krem-pendir

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий