Ev şəraitində Naggetsin hazırlanması

Порций:   Время приготовления:

naggets1Məşhur "fast food" növü olan "nuggets" yəni naggets dilimizə "qızıl külçələri" kimi tərcümə olunur. Çünki rəng və görünüş etibarilə qızıl külçəsini xatırladır. Son dövrdə kafe və restoranlarda Naggets, xüsusən də, uşaq menyusunun tərkibində müştərilərə təklif olunur. Uşaqlarınızı tərkibi bilinməyən qidalardan qorumaq üçün, Naggetsi evdə özünüz hazırlayın, və məmnun qalın.

Tərkibi:

  • 1 ədəd toyuq ( toyuğun döş əti və ya yalnız bud hissələri də olar)
  • 1 stəkan qarğıdalı unu (nişasta)
  • 1 stəkan suxarı
  • 2 ədəd yumurta
  • 1 x/q süd
  • duz, istiot
  • qızartmaq üçün bitki yağı

Hazırlanması:

Toyuğu dərisindən ayırıb, kiçik hissələrə bölün. Yuyub qurutduqdan sonra, duz və istiot səpib, kənara qoyun.

toyuq əti

Müxtəlif kasalara suxarı, qarğıdalı unu və südlə yumurta qarışımını tökün.

qarğıdalı unu

Tikələri öncə yumurtaya sonra una batırın. Qarğıdalı unu olmasa naggets quru alına bilər, çünki bu un, tikələr qızaran zaman ətin şirəsinin xaric olmamasını təmin edir. Sonra yenidən yumurtaya və suxarıya batırıb, böyük boşqaba yığın. Yaxşı olar ki, naggets ən az 15 dəqiqə bu şəkildə gözlədilsin.

nuggets

Dərin qazana bol bitki yağı töküb, isidin. Naggetsi ikitərəfli qızardıb, istədiyiniz qarnır və sousla süfrəyə verin. Əmin olun ki, dadı kafelərdəki naggetsdən heç də, fərqlənməyəcək. Hətta, daha yumuşaq və ləzzətli olacaq.

NUŞ OLSUN!

naggets1

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий