Qatılaşdırılmış südün ev şəraitində hazırlanması

Порций:   Время приготовления:
squşennoe molokoYəqin ki, uşaqlıqdan bəri hamımızın "squşennoe moloko" kimi tanıyıb, aldığımız qida məhsulunu sevməyən yoxdur. Süddən hazırlanan bu təamın  faydaları saymaqla bitmir. Qatılaşdırılmış süd həmçinin müəyyən miqdarda səhər yeməyi olaraq uşaqlara təqdim edilə bilər.  Bu, protein, yağ, karbohidratlar baxımdan balanslı, minerallar cəhətdən zəngin bir qidadlr. Sümük və diş inkişafı üçün lazımlı kalsium və fosforu da özündə birləşdirir. Qatılaşdırılmış südü bir sıra şirniyyatların bəzədilməsində də istifadə edə bilərsiniz.
 
 
 
 
 
 
 

Qatılaşdırılmış südün tərkibi:

  •  5 stəkan süd
  •  1 stəkan şəkər tozu
  • 1 çay qaşığı ucunda qabartma tozu

Öncə dərin bir qazana süd və şəkər tozunu töküb qarışdıraraq qaynadırıq. Qaynamağa başlayanda içinə qabartma tozunu əlavə edib,  qarışdırmağa davam edirik. Qaynadıqca, südün rəngi dəyişməyə başlayacaq. Qarışdırmağı  saxlamaq olmaz ,yoxsa dibi tuta bilər. Orta alovda qarışdıraraq bir saat ərzində bişiririk. Müddət bir az uzun  da ola bilər.Süd rəngini dəyişib, qatılaşdıqda ocağın altını söndürüb soyumağa qoyun.Soyuyan qatılaşdırılmış südü şüşə qaba töküb, 3-4 saatlıq kənarda saxlayın. Otaq şəraitinə gəldikdən sonra qapağını örtüb, soyuducuda saxlayın. İstədiyiniz vaxt çıxarıb, yeyə bilərsiniz.
NUŞ OLSUN!
 squşennoe moloko
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий