Ev şəraitində dadlı Zefir

Порций:   Время приготовления:

Ən zərif, ən dietik, ən dadlı və hesablı şirniyyat bilirsiniz hansıdır. Evdə öz əllərinizlə hazırladığınız Zefir.

zefir

 

 

 

Tərkibi:

  • 1 litr kefir
  • 175 qr yağsız xama
  • 1 stəkan şəkər tozu
  • 2 x/q jelatin
  • 2 stəkan su
  • yarım paket vanil

Hazırlanması:

Jelatini 2 stəkan ilıq suda 30-40 dəqiqə müddətində isladın. Sonra aşağı odda durmadan qarışdırıb, ocaqdan götürün. Soyumağını gözləyin.  Bu müddətdə kefir, xama, vanil və şəkər tozunu mikserlə 5-6 dəqiqə qarışdırın. Jelatini kütləyə əlavə edib,5 dəqiqə də qarışdırmağa davam edin.  Hazır kütləni geniş siniyə töküb, soyuducuya qoyun. Tam soyuyub, bərkidikdən sonra, deserti ya bıçaqla ya da qurabiyə formaları ilə kəsib, süfrəyə verin. 

Bu ləziz desertin üzərinə müxtəlif xırda doğranmış çərəzlər və ya mürəbbə dənələri də səpib süfrəyə verə bilərsiniz. Lakin bu zaman onun kalori dəyəri artar. İstənilən halda Sizə NUŞ OLSUN!

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий