Ev şəraitində pendirin hazırlanma qaydası

Порций: 500 qr   Время приготовления: 5 SAAT
 pendirSağlamlığımızın təməlini təşkil edən qidalar sırasında, ağartı məhsulları başlıca yerdədir. Bu məmulatlar arasında ən çox yeyilən isə yəqin ki, pendirdir. İzləyicimizin bizə göndərdiyi Pendir resepti ilə, artıq bu faydalı qida növünü özünüz evdə hazırlaya bilərsiniz.  
 
 

Pendiri hazırlanma

550 qr. pendir üçün
  • 4.5 kq süd
  • Yarım stəkan sirkə (alma və ya üzüm,yarısı limon suyu da ola bilər)
  • Qaya duzu və ya dəniz duzu

Hazırlanma qaydası:

1 Çiy südü ocağa qoyun. Qaynamağa başlayanda içinə sirkə tökün. Üzərinə çürüntük hissələri çıxıb, altında yaşıl suyu görünənə qədər qaynadın və ocağı söndürün. (Təxminən 1-2 dəqiqə).

2 15-20 dəqiqə qədər bu şəkildə saxlayın. Sonra təmiz tənzifi qazanın içinə yerləşdirin. Pendir çürüntüsünü suyuyla birlikdə bu süzgəcə tökün. Əgər biraz turş olmağını istəyirsinizsə, içinə 1 xörək qaşığı duz atıb qarışdırın.  Ağzını dolayıb, möhkəm bağlayın. Üzərinə bir ağırlıq qoyub 4 saat ərzində gözlədin.

3 Vaxt tamam olduqda, pendiri tənzifin içərisindən çıxarıb, dilimləyin və bir qaba yerləşdirin. Soyuducuya qoyun. Təqribən bir həftə boyunca xarab olmayacaq. Bu müddət ərzində, öz əllərinizlə hazırladığınız ev pendirini rahat yeyə bilərsiniz.

NUŞ OLSUN!


pendir

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий