Faydalı məsləhətlər

Порций:   Время приготовления:

Gündəlik həyatımızda nə qədər məişət  problemləri ilə üz-üzə qalırıq?! Gah ütü xarab olur, gah yun koftaların ipi qaçır, gah da gödəkçənin zəncirbəndi ilişib, bağlanmaq istəmir. Bu səbəbdən vaxt və əsəb itkisi yaşamaq istəmirsinizsə, təqdim etdiyimiz xırda hiylələri yadda saxlayın. Çünki, mütləq bir gün lazım ola bilər.

Cins şalvarın dəqiq ölçüsünü geyinmədən müəyyən edirik. 

cins

Almaq istədiyiniz cins şalvarı geyinməyə zamanınız yoxdursa təqdim olunan iki üsuldan birini sınayın.

  1. Şalvarın düyməsini boynunuzun arxasında bağlamağa cəhd edin. Əgər alınırsa, və bağlayarkən boşluq qalırsa bu sizin ölçünüzdür.
  2. Şəkildə gördüyünüz 2-ci üsul da əlverişlidir. Şalvarın düyməsini bağlayın. Əgər dirsəyinizdən yumruğunuza qədər olan məsafə içinə yerləşirsə bu sizin ölçü sayıla bilər.

Gün ərzində paltarımızı qırışsız saxlayaq

paltar

Paltarınızın bütün gün qırışsız və qüsursuz görünməyini istəyirsinizsə, Ütülədikdən dərhal sonra geyinməyin. İzn verin tam qurusun. Yoxsa üzərində yeni qırışlar yaranacaq.

Əlimizin altında ütü yoxdursa

utu

Bu halda bir yolunuz var. Geyinəcəyiniz qırışlı paltarı hamama qoyub,isti suyu açın. Suya qənaət etmək üçün, bunu çimən müddətdə də edə bilərsiniz. Çıxan buxarın sayəsində paltarlarınızın qırışlarıqismən dəolsa açılacaqş Nəzərə alın ki, bu üsul ütünü əvəz etməyəcək, amma geymləriniz daha qüsursuz görünəcək.

Lak dəri ayaqqabı və digər aksesuarları təmizləyirik

lak

Adıgedən əşyaların ideal təmizliyinə şüşəsilən vasitə ilə nail ola bilərsiniz.

Cins və botilonu düzgün geyimə qaydası

botin

Əgər qışçəkmələrinizin boğazı belə qısadırsa cins şalvarı onun içərisinə salmayın. Şəkildəki kimi qatlasanız, daha zövqlü görünəcəksiniz.

Yay fəsilinin sevimli yırtıqlı şalvarlarını (boyfriend) qış geyiminə çeviririk

cinss

Yırtıqların arxasına iç tərəfdən müxtəlif parçalar və ya naxışlar tikərək onun görünüşünü dəyişə bilərsiniz. Bu üsul həmçinin təsadüfən yırtılmış cinslər üçün də keçərlidir.

İlişən zəncirbəndi bağlayırıq

zencir

Pambığı sabun və ya vazelinə batırıb, zəncirbəndə sürtün. Asanlıqla çözüləcək.

Yun geyimlərin ipi qaçarsa

yun

Bu problemlə ən çox soyuq mövsümlərdə qarşılaşırıq. Ona görə də əlinizin altında toxumaq üçün milçə saxlayın. Sapı milçəyə batırıb, paltarın tərs üzünə doğru çəkin. Sonra həmin hissəni bir neçə dəfə kənarlara doğru dartın. Bu qədər asan...

Qolbağı özümüz qolumuzda necə bağlayaq?!

qolbaq

Bu problemlə ən çox xanımlar üzləşir. Bu da ən sadə çözüm. Qolbağın bir hissəsini yapışdırıcı ilə qolunuza yapışdırın. Asanca bağlayın.

İdman ayaqqabılarının ağ rezinini qar kimi ağardaq

krasov

İdman ayaqqabılarındakı  rezin hissəni lakçıxardan vasitə (aseton) ilə təmizləmək lazımdır.

Ayaqqabıdan gələn xoşagəlməz qoxunu yox edirik

ayaq

Bunun üçün ideal vasitə çay paketidir. Ayaqqabının hər tayının içinə bir neçə çay paketi qoyun. Bir neçə saatdan sonra qayaqqabınızın xoşagəlməz qoxusu təravətli ətirlə əvəz olunsun.

Yun geyimlərimizin ömrünü uzadaq

kofta

Yun geyimlər adətən qalın olduğu üçün çəkisi də çox olur. Odur ki, yanlış asılqana assanız belə nəticə ilə üz-üz\ qalacaqsınız. Öncə çiyinləri çıxacaq, sonra isə geyinmək üçün yararsız hala gələcək. Bu materialdan olan geyimləri ya səliqə ilə qatlayıb, dolabda saxlayın, ya da düzgün asılqandan istifadə edin.

 

 

adme.ru

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий