“Ferrero Rocher” tortu

Порций:   Время приготовления:

Dünyaca məşhur "Ferrero Rocher" konfetini tanımayan yoxdur. Bu dadlı konfet dadında tort da hazırlaya bilərsiniz. Bu şirniyyatı xüsusən  fərqli və zərif ləzzət axtarışında olanlar sevəcək.

fer1feri

 

Tərkibi:

  • 5 ədəd iri yumurta
  • 6 x/q şəkər tozu
  • 1,5 stəkan üyüdülmüş fındıq
  • 2 x/q un
  • 2 x/q kakao
  • 2 ç/q qabartma tozu
  • 200 qr otaq temperaturunda kərə yağı
  • 250 qr qara şokolad
  • 7 x/q nutella
  • 200 qr əzilmiş sadə vafli

Hazırlanması:

Yumurtaları şəkərlə birgə kütlə ikiqatına qalxanadək mikserlə çalın. Digər qabda un, kakao və qabartma tozunu qarışdırın. Üyüdülmüş fındığı da qarışıma əlavə edin. Unlu qarışımı yavaş-yavaş yumurtalı kütləyə qatıb, qarışdırın. Tort üçün formanı yağlayıb, 175 dərəcə isidilmiş sobada təxmini 40 dəqiqə bişirin. Qara şokoladı su hamamında və ya mikrodalğalı sobada əridin. Sonra soyudub, digər qabda mikserlə çalınmış kərə yağı və nutella qarışımına əlavə edin. Yenidən 5 dəqiqə ərzində mikserlə qarışdırın. Krem hazırdır.

Bişmiş korju ortadan eninə 2 hissəyə bölün. Hər korjun üzərinə öncə krem sürtüb, sonra xırdalanmış vafli səpin. Korları üst-üstə qoyun. Üstdəki korjun üzərinə və kənarlarına krem sürtüb, vaflı qırıntıları səpin. Zövqə görə xırda doğranmış fındıq da səpə bilərsiniz. Hətta üzərini mağazadan alınmış Ferrero Rocher konfetləri ilə bəzəmək də olar. Tortu bir neçə saat gözlədib, süfrəyə verə bilərsiniz.

fer1

NUŞ OLSUN!  

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий