Fincan keksinin 3 resepti

Порций:   Время приготовления:

Bəzən ürəyimiz dadlı şirniyyat istəyir, amma tərslikdən evdə heçnə olmur. Elə bu an köməyimizə "Fincanda keks" resepti çatır. Onu sevməyimiz üçün isə, səbəb çoxdur. Ən əsası doyulmaz ləzzətli, daha sonra minimal ərzaqdan və olduqca asan hazırlanmağı. Gəlin bir neçə resept sınayaq. Sonda isə birini seçək.

fin2

Tərkibi:

Fincanda qəhvəli və şokoladlı keks:
  • 3 x/q un
  • 1 ç/q üyüdülmüş qəhvə
  • 2 x/q şəkər tozu
  • 2 x/q kakao
  • 2 çimdik qabartma tozu
  • 1 ədəd yumurta
  • 2 x/q bitki yağı
  • yarım ç/q vanil
  • 2 x/q süd
Fincanda bananlı keks:
  • 1 x/q əridilmiş ilıq kərə yağı
  • 1 ədəd yumurta
  • 1 x/q süd
  • 1 ədəd püre halınadək əzilmiş banan
  • 3 x/q un
  • 3 x/q şəkər tozu
  • yarım ç/q qabartma tozu
  • keksin üzərinə zövqə görə dondurma
Fincanda apelsinli, şokoladlı keks:
  • 6 x/q kərə yağı
  • 1 stəkan şəkər kirşanı
  • 1 ç/q apelsinin rəndələnmiş qabığı
  • 50 ml apelsinin sıxılmış şirəsi
  • 2 stəkan un
  • yarım stəkan kakao tozu
  • 2 ədəd yumurta
Şokoladlı apelsinli qlazur üçün:
  • 1 stəkan şəkər kirşanı
  • 200 qr əridilmiş südlü şokolad (digər növləri də olar)
  • yarım stəkan apelsin şirəsi

Hazırlanması:

Fincanda qəhvəli və şokoladlı keks:

Bir qabda un, qəhvə, kakao, şəkər və qabartma tozunu qarışdırırıq. Üzərinə yağ, süd, yumurta və vanili də əlavə edib, çəngəllə qarışdırırıq. Xəmiri içi yağlanmış fincana töküb, mikrodalğalı sobada 90 saniyəlik rejimdə tam bişiririk və ya fincanı böyük və dərin bir qazanın içinə qoyuruq. Qazana fincanın yarısınadək  isti su töküb, ağzı açıq şəkildə qaynadırıq. Qaynamağa başlayanda, üzərinə mətbəx dəsmalı bükülmüş qapaq qoyub, 20 dəqiqə aşağı odda bişiririk.Süfrəyə verərkən üzərinə şəkər kirşanı səpə bilərsiniz. 

fin

Fincanda bananlı keks

Yağın üzərinə süd və yumurta töküb, çəngəllə qarışdırın. Üzərinə banan püresi əlavə edib, yaxşıca qarışdırmağa davam edin. Sonra un, şəkər və qabartma tozlarını da töküb, xəmiri çəngəllə qarışdırın. Xəmiri içi yağlanmış fincana əlavə edib, mikrodalğalı sobada 1 dəqiqə 10 saniyə və ya qazanda yuxarıda qeyd etdiyimiz üsulla bişirin.  Bu keksi elə isti-isti üzərinə soyuq dondurma topu qoyub, ləzzətindən zövq ala bilərsiniz.

keks-04

Fincanda apelsinli, şokoladlı keks:

Öncə qeyd edək ki, bu xəmirdən 4 və daha çox fincan keks alınır. Boyuk bir qabda 6 x/q kərə yağ ıilə şəkər kirşanını qarışdırırıq. Üzərinə apelsin şirəsi, qabığı və yumurtanı da tökürük.  Qarışdıraraq, un, kakao tozunu da əlavə edib, xəmir qatılığına gətiririk. Xəmiri yağlanmış fincanlara yarıyadək töküb, ya mikordalğalı sobada 2 dəqiqə, ya da qazanda təklif etdiyimiz üsulla 20 dəqiqə bişiririk.  Bu müddətdə qlazur lazırlayırıq. Su hamamında əridilmiş şokoladla, apelsin şirəsi və şəkərkirşanını mikserlə yaxşıca çalırıq. Hazır keksləri fikcanı üzüaşağı çevirərək çıxardırıq. Üzərinə qlazur töküb, süfrəyə veririk.

keks-09

   
Метки записи:
Loading...