Firni

Порций: 2 nəfərlik   Время приготовления: 30 dəqiqə

firniFirni şərq ölkələrinin məşhur dessertidir. Həmçinin balacalar üçün ideal sıyıq sayılır. Əvvələr firni bişirmək çox çətin idi. Çünki düyünü un halına gətirmək xanımlarımızın bəzən bütöv bir gününü alırdı. Artıq istənilən mağazada hazır düyü unu satılır. Hətta ev şəraitində bir neçə dəqiqəyə kofexırdalayan maşının köməyi ilə düyü unu əldə etmək mümkündür. Odur ki seçim sizindir.

Firni bişirmək üçün lazım olan ərzaqlar:

  • 250 qr süd
  • 3 x/q düyü unu (pirinç unu)
  • 2 x/q şəkər tozu
  • 1 çimdik duz
  • 50 qr kərə yağı
  • 1 ç/q gülab (zövqə görə)
  • darçın

Hazırlanma qaydası:

Firni çox asan başa gələn sıyıqdır. Öncə südü, şəkər tozunu, duzu və düyü ununu qalın qazanda yaxşıca qarışdırırıq. Sonra ocağın üzərində orta odda bişiririk.  Firnini durmadan qarışdırmaq lazımdır. Artıq qatılaşanda ocağın üzərindən götürüb, içinə gülab və kərə yağı əlavə edirik. Sonra süfrəyə verəcəyiniz boşqablara töküb, üzərini darçınla bəzəyə bilərsiniz. Firni isti və ya soyuq halda yeyilir. NUŞ OLSUN!


firni

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий