Fisincan plov

Порций: 5-6   Время приготовления: 80 deq

11Azərbaycan mətbəxi mübaliğəsiz dünyanın ən rəngarəng və zəngin mətbəxləri sirasındadır. Süfrələrimizin şah əsəri isə təbii ki, plovlarımızdır. Tanınmış kulinarların kitablarına əsaslansaq ölkəmizdə 200~ dək plov növü mövcuddur. Bugün bir coxlarımıza adı və ləzzəti yaxşı tanış olan fisincan plov hazırlayacağıq. Fisincan plovu daha cox Azərbaycanın cənub zonasının və paytaxtımızın xanımları bişirir.

Bir şey də nəzərinizə çatdırım ki, fisincan çuğun tavada hazırlanmalıdır. Çuğun tava olmadıqda tefal tava ilə kifayətlənə bilərsiniz. Qədimdə xanımlar çuğun tava tapmayanda bişən fisincanın içərisinə təmiz nal atarmışlar. Təəssüf ki, evdə nal da yox idi ona görə alternativ üsuldan istifadə etdim. Çuğun ətdöyəni 5 dəqiqə bişən fisincanın içərisinə qoyuruq. Soruşa bilərsiz ətdöyənin yeməyin içərisində nə ishi var. Bu fisincana tund bənövshəyi rəng vermək üçündür.

Ümumiyyətlə fisincan plovda toyuq, qoyun, dana və ördək ətindən itifadə edə bilərsiz. Mən qoyun ətindən hazırladım.

Öncə Fisincanı hazırlayaq.

Ərzaqlar:

  • 500qr qoyun ətinin qiyməsi
  • 2 ədəd orta ölçülü narın dənələri
  • 3 qashiq palçıq turşu
  • 3 ədəd soğan                          
  • 1 x\q limon suyu və ya bir çimdik limon duzu
  • Eridilmiş kere yağı
  • 1 çay qaşığı darçın                            
  • 10 x/q surtgəcdən keçirilmiş qoz
  • duz, bibər (zövqə görə)

Hazırlanma qaydası:

Öncə qiyməyə biraz duz və istiot vurub xirda toplar hazırlayırıq. Bir kənarda soğanları yarihalqa formasında doğrayıb qızılı rəng alanadək kərə yağında qızardıb götürürük.

Tavaya yağ əlavə edib hazırladığımız xırda topları bir neçə dəqiqə qızardırıq.

Sonra üzərinə qızardılmış soğanı əlavə edirik.

1 stəkan suda həll olmush 3 x/q palçıq turşu ilə 1 x/ q limon suyunu da (limon suyunu limon duzu ilə də əvəzləyə bilərik) ətin üstünə tökürük.

Nar dənələri, sürtgəcdən keçiril Sü rtgəcdən keçirilmiş qoz,

Nar dənələri darçını da əlavə edib tavanın qapağını bağlayırıq.

Yağa düşənədək orta odda bişiririk. Çuğun tavanız yoxdursa mənim üsulumdan istifadə edə bilərsiz.

Indi keçək plovun hazırlanmasına.

Bunun üçün bizə

  • 600qr uzun düyü
  • əridilmiş kərə yağı
  • iki çimdik zəfəran

lazım olacaq.

Qazmaq üçün isə

  • 2yumurta
  • 1qaşıq xama
  • 5 qaşıq süzülmüş düyü

gərəkdir.

Düyünü duz əlavə olunmuş ilıq suya tökürük və aşı hazırlayacağımız qazana su doldurub qaynamağa qoyuruq. Su yaxşıca qaynayanda içinə duz və artiq yuyulmuş düyünü elavə edirik. Düyü tam bişməmiş ocaqdan götürüb süzürük. Süzdüyümüz düyüdən 5 xörək qaşığını 2 yumurta və 1 qaşıq xama ilə qarışdırıb qazmaq formasında qazanın dibinə yayırıq. Üzərinə qalan düyünü, yarım stəkan qaynar suda dəmlədiyimiz zəfəranı və 150qr ərinmiş kərə yağını əlavə edib az odda dəmə qoyuruq. 40 dəqiqəyə plovumuzda hazırdır. Fisincan plovu isti halda süfrəyə veririk. Nuş olsun!

Əziz oxucularımız, əgər sizin də maraqlı plov reseptləriniz varsa bizimlə paylaşın.


fisincan plovu 4 fisincan plovu fisincan plovu fisincan plovu 8 9 fisincan plovu fisincan plovu

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий