Fransız alma piroqu

Порций:   Время приготовления:

Elə bilməyin ki, fransız qadınları mətbəxdə heçnə bacarmır və tək işləri dəbli geyinib, bahalı ətirlərə bürünməkdir. Çünki hər iki fikir yalnışdır. Sizə, fransız xanımlarının ən çox hazırladıqları sadə və çox dadlı Alma piroqu reseptini təqdim edirik. Hazırlayın, yeyin və özünüzü Fransada hiss edin.

fransizpiroqu

Ərzaqlar:

  • 2 ədəd yumurta
  • 6 ədəd alma
  • 100 ml süd
  • 1 çimdik duz
  • 60 qr şəkər tozu
  • 20 qr kərə yağı
  • 70 qr un
  • 1 ç/q qabartma tozu
  • vanil

Hazırlanması:

Yumurta və şəkər tozunu mikserləçalın, üzərinə vanil əlavə edin. Sonra əridilib, soyudulmuş yağ və ilıq südü tökün. Kütlənin üzərinə duz və qabartma tozu ilə birgə ələnmiş unu da səpin. Taxta qaşıqla qarışdıraraq xəmir hazırlayın. Almaları soyub, çəyirdəklərini təmizləyin. Kiçik ölçüdə doğrayıb, xəmirə qatın. Soba qabını yağlayıb, xəmiri içinə tökün. 180 dərəcə isidilmiş sobada 30-35 dəqiqə bişirin. Bu cür sadə piroqu hazırlamaq qədər, yemək də, zövqlü və asan olacaq. 

piroq

NUŞ OLSUN!

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий