Fransız bulkaları

Порций:   Время приготовления:

12899772_852914701521426_1300244791_nSəhər yeməyində ailənizi sevindirmək istəyirsinizsə asan və tez hazırlanan Fransız bulkalarını sınayın.

Tərkibi:

  • 200 qr kişmiş
  • hazır qat-qat mayalı xəmir

Pudinq üçün:

  • 0,5 l süd
  • 100 qr şəkər tozu
  • yarım çay qaşığı vanil
  • 1,5 xörək qaşığı un
  •  2 ədəd yumurta

Sirop üçün

  • yarım stəkan su
  • yarım stəkan şəkər tozu

Hazırlanma qaydası:

1.  Südə vanil töküb, odun üzərinə qoyun. Kənarda yumurta ilə şəkər tozunu çalıb üzərinə unu əlavə edib qarışdırın. Qaynayan südün 1/3ni yumurtalı qarışığa az-az əlavə edib qarışdırın (yumurta bişməsin deyə). Ardından qarışığın hamısını qaynayan südə töküb 5-7 dəqiqə qarışdıraraq bişiririk.

2. Hazır qat-qat xəmiri yayıb üzərinə soyumuş kremdən sürtürük. Kişmiş səpib rulet formasında büküb iti bıçaqla 2 sm qalınlığında kəsirik. Perqament kağız sərilmiş soba sinisinə aralıqlarla düzüb üzərinə yumuta sarısı çəkib 20 dəqiqə saxlayırıq. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişiririk. Sobadan çıxartdıqdan sonra parıltı üçün üzərinə şəkərli sirop səpirik. Siropu hazırlamaq üçün isə  yarım stəkan su və yarım stəkan şəkər tozunu əridib qaynadırıq.

NUŞ OLSUN!


 12899772_852914701521426_1300244791_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий