Gavalı cemi

Порций:   Время приготовления:

gavaliGavalı cemi reseptini təqdim edirik.

Tərkibi:

  • 3 kq qara gavalı
  • 2.4 kq şəkər tozu

Hazırlanma qaydası:

Əziz kulinarlar, istifadə etdiyiniz gavalı turş olarsa hər kiloqrama  800 qr, şirin olarsa 700 qr  şəkıər tozu əlavə edə bilərsiniz.

Gavalı cemi üçün yaxşı yetişmiş yumşaq gavalılar seçilir. Yuyulub, ortadan bölünür. Çəyirdəyi çixardılıb, ətçəkən maşından keçirilir. Üzərinə şəkər tozu əlavə edilərək, bişməyə qoyulur. Tez-tez qarışdırılır ki, dibi yapışmasın. Cemin bişməyini bilmək üçün suyu çəkilənə yaxın bir qaşıq götürüb, boşqaba tökün. Soyuduqdan sonra istədiyiniz qatılıqda olarsa, demək cem hazırdır və ocaqdan götürmək olar. Cemi sterlizə edilmiş bankalara doldurub, qapağını kip bağlayın.

NUŞ OLSUN!

Resept üçün Afaq xanıma minnətdarıq.


gavali_cemi

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий