Giləmeyvəli keks

Порций: 6   Время приготовления: 1 saat

giləmeyvəli piroqOlduqca asan hazırlanan Giləmeyvəli keks resepti ilə tanış olun. 

Tərkibi:

  • 3 ədəd yumurta
  • 1,5 stəkan şəkər tozu
  • 1 stəkan qatıq
  • 200 qr əridilmiş kərə yağı
  • 2 stəkan un
  • 1 ç.q vanil
  • 1 ç.q qabartma tozu
  • 150 qr böyürtkən ( digər giləmeyvələr də istifadə etmək olar)

Hazırlanma qaydası:

Öncə yumurtalar və şəkər tozu mikser vasitəsilə qarışdırılır. Üzərinə qatıq və əridilib soyudulmuş yağı töküb, qarışdırmağa davam edirik. Vanil, qabartma tozu və unu da qarışımın üzərinə ələyib, xəmir hazırlayırıq. Zövqə görə soba sinisi seçib, xəmiri tökürük. Üzərinə istənilən sıxlıqda giləmeyvələri batırıb, 180 dərəcə isidilmiş sobada 30-35 dəqiqə bişiririk. Hazır keksin üzərinə zövqə görə şəkər kirşanı səpmək olar.

NUŞ OLSUN!


giləmeyvəli piroq

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий