Göbələk dolması

Порций:   Время приготовления:

göbələk dolmasıHeç Göbələk dolmasının dadına baxmısınız? Hazırlanma qaydası olduqca sadə olan bu yeməyi, gündəlik menyunuza daxil edin.

Tərkibi:

  • yarım kq göbələk
  • 250 qr ət (toyuq ve ya mal)
  • 50 qr kərə yağı
  • 4  ədəd pomidor
  • 150 qr holland pendiri
  • 1 ədəd soğan
  • Duz istiot

Hazırlanma qaydası:

Öncə göbələklərin qabığını təmizləyib, saplağını kəsirik.

Əti və soğanı xırda-xırda doğrayıb, birgə yağda qızardırıq, Tam bişib, qızardıqdan sonra duz istiot səpib qarışdırırıq. İçlik hazırdır. Gobələkləri içliklə doldurub, üstünə halqavarı doğranmış pomidor dilimlərini düzüb,160 dərəcəli sobada, 20 – 25 dəqiqə bişiririk. Dolmaları sobadan çıxarıb, üzərinə  rəndələnmiş pendir səpirik. Pendirlər tam əriyənədək, 5 dəqiqə də bişirib, sobadan çıxardırıq. İsti halda süfrəyə veririk.

12573223_944639652297800_6463325099194657425_n12494947_944639802297785_2674760384662499870_n12507532_944639602297805_1691398091387091268_n

NUŞ OLSUN!

Resept üçün Liza xanıma təşəkkürlər.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий