Göbələk salatı

Порций:   Время приготовления: 3 saat
gobelek salatıGöbələk salatı resepti ilə tanış olun.
 
 
 
 

Tərkibi:

  • 1 banka konservləşdirilmiş göbələk
  • 300 qr yerkökü
  • 3 ədəd kartof
  • 300 qr toyuğun döş əti
  • mayonez
  • rəndələnmiş holland pendiri
  • duz,istiot

Hazırlanma qaydası:

Toyuğun döş ətini duzlu suda bişirib, didin. Kartof və kökü də bişirib, qabığından təmizləyin. Salatı yığacağınız qabın dibinə, öncə mayonez çəkin. Üzərinə  kartofu sürtgəcin iri gözündən keçirin. Sonra xırda-xırda doğranmış göbələk,  sürtgəcdən keçirilmiş yerkökü, didilmiş əti hər birinin arasına duz, istiot və mayonez vurmaq şərtilə,

üst-üstə düzün. Ən son üzərinə rəndələnmiş holland pendiri səpib, zövqə görə bəzəyin.

Nuş olsun!

gobələkgobelek salatı

Resept üçün Liza xanıma təşəkkürlər.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий