Göbələkli toyuq salatı

Порций:   Время приготовления:

Toyuqla göbələyin vəhdəti istənilən yemək və salatlarda ləzzətli olur. Tort formalı Göbələkli toyuq salatının da, dadını çox sevəcəksiniz.

TOYUQ

 

Tərkibi:

  • 200 qr hisə verilmiş toyuğun döş əti
  • 150 qr təzə xiyar
  • 150 qr göbələk konservası
  • 1 baş soğan
  • 4 ədəd qaynadılmış yumurta
  • mayonez
  • duz, istiot
  • zövqə görə göyərtiПерец Зеленый лук или другая зелень — по вкусу

Hazırlanması:

Göbələkləri nazik halqa formasında doğrayın.  Soğanı da xırda doğrayıb, biraz yağda qovurun. Hisə verilmiş toyuq əti və xiyarı uzunsov nazik doğrayın. Yumurtaların qabığını soyub, sürtgəcin orta gözündən keçirdin.Göyərtini də, xırda doğrayın. Salatı hazırlayacağınız qaba ərzaqları bu ardıcıllıqla döşəyin.  Toyuq, xiyar duz, istiot mayonez, göbələklə qarışdırılmış soğan qovurması, mayonez, göyərti, yumurta, duz. 

Salatı istədiyiniz kimi bəzəyə bilərsiniz.

NUŞ OLSUN!

TOYUQ

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий