Gözəllik və cavanlığın açarı

Порций:   Время приготовления:

Deyirlər, hər bir dərdin dərmanını da təbiətin özündə axtarmaq lazımdır. Düşünürük ki, təqdim etdiyimiz məqalə çoxunuzun işinə yarayacaq. Müxtəlif bitki yağlarının adı, onların faydaları hətta əczaxanadan alarkən çətinlik çəkməməyiniz üçün rusca tərcüməsi yalnız bizdə. Artıq gənc və gözəl qalmaq çətin deyil.

maslomaslo1

  1. Ayı pəncəsi yağı və gənəgərçək yağı (Репейное и касторовое масло) - saçla bağlı bütün dərdlərin dərmanı
  2. Ərik yağı (Абрикосовое масло) - bədənin massajı və dırnaqların qidalandırlıması üçün
  3. Acı bibər yağı ( Настойка перца горького) - saç uzatmaq üçün əvəzsiz vasitəsdir
  4. Lavanda yağı (Mасло лаванды) - bir neçə damcısı şampuna əlavə edildikdə, saçlar uzun müddət təmiz və parıltılı qalır.
  5. Qozun kosmetik yağı (Косметическое масло грецкого ореха) - üzdə qırışlara və gözaltı qaralmalara qarşı
  6. Jojoba yağı (Масло жожоба) - gözkənarlarındakı xırda qırışları yox edir
  7. Dəniz duzu (Морская соль) - bədən və dırnaqları təravətləndirmək üçün vanna qəbul etmək olar
  8. Badam yağı (Миндальное масло) - üz və bədən dərisinə çəkildikdə çat və qırışların qarşısını alır
  9. Mavi gil (Голубая глина) - bədən və üz üçün ən effektiv maska
  10. Çay ağacı yağı ( Масло чайного дерева) - sızanaqlar əleyhinə çox faydalıdır.
  11. Nanə yağı (Мятное масло) - baş ağrıları, miqren və yuxusuzluq zamanı gicgahlara sürtülür
  12. Çiyələk yağı ( Масло клубники) - doğumdan sonra dəri çatlarına qarşı faydalı vasitədir
  13. Bor spirti (Борный спирт) - sızanaqları məhv edir.
  14. A və E vitamini kapsulları ( Витамины Е, А в капсулах) - quru və çatlaq dodaqları eləcə də gözaltı hissəni qidalandırır.
  15. Kokos yağı (Кокосовое масло) - saçların tökülməsi, bədən və üz dərisinin gözəlləşdirilməsi üçün əvəzsizdir.

maslo2

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий